Monday, November 14, 2011

Qocalar

Gah çəliyə dirsəklənib dayanar,
Gah daş üstə dincin alır qocalar.
Gah əlini saqqalına aparıb
Dərin-dərin fikrə dalır qocalar.

Ağrıyanda özü doyar özündən,
Yaş süzülər ,qəm ələnər gözündən.
Uşaq kimi uşağın da sözündən,
Tez tutulub, tez daılar qocalar.

Yaxın başa, yad ayağa çəkəndə,
Biri bağa ,bii dağa çəkəndə ,
Gəlin sola, oğul sağa çəkəndə
Ümidini daşa çalır qocalar.

Cavanlığın qoxusunu itirib ,
Tay-tuşların çoxusunu itirib ,
Gecə yarı yuxusunu itirib ,
Sübhə kimi oyaq qalır qocalar.

Can neyləsin, hökmü verən zamandı,
Gözdən düşüb ,sandan çıxmaq yamandı.
A yoldaşlar ,a qardaşlar ,amandı,
Göynətməyin ,kövrək olur qocalar.

Əsən külək ,yapaq tökən budaqdı,
Döyən yağış ,sönüb keçən ocaqdı,
Necə deyim, iki günlük qonaqdı,
Axşam açıb, sabah solur qocalar.

Ey Hüseyn ,gənclik hara ,sən hara!...
Dolu gəlir ,sü köçüü kənara.
Qocalıqmı çəkən səni olara,
Qocaları yada salır qocalar.

No comments:

Post a Comment