Monday, November 14, 2011

Mən sülhə səs verirem

Mən sülhə səs verirem,-
Milyonlardan biri tək-
Qoy bir daha ordular
Üz-üzə dayanmasın.

Mən sülhə səs verirem,-
Bombaların səsindən
Beşikdəki körpələ
Hıçqırıb oyanmasın.

Mən sülhə səs verirem,-
Böyük kəndlər, şəhərlər
Viran olub qalmasın
Tüstü-duman içində.

Mən sülhə səs verirem,-
Qədim abidələri
Yerlə yeksan etməsin
Toplar bir an içində.

Mən sülhə səs verirem,-
Ağ saçlı anaların
Gözləri yaşla dolub
Qəlbi darda qalmasın.

Mən sülhə səs verirem,-
Cavan qızlar, gəlinlər
Baxıb-baxıb yollara
İntizarda qalmasın.

No comments:

Post a Comment