Monday, November 14, 2011

Ana


Elə ki. balalar gəlir dünyaya,
O gündən hey ölçüb biçir analar.
Mahnı da oxuyur ,şer də deyir,
Bəstəkar analar,çair analar.

Dözür hər əzaba o bilə -bilə .
Yaşayır,sirrini salmadan dilə.
Vaxt olur, qaldırıb ağını belə,
Şərbət əvəzinə içir analar.

Unudub illərin yorğunluğunu,
Həyatda dincliyi , evdə yuxunu:
Sevincin azını, qəmin çoxunu,
Yükün ağırını seçir analar.

Özüm də bilmirəm Hüseyn ,niyə?
Başımın tüstüsü çəkilir göyə.
Torpağım anasız qalmasın deyə
Torpağın qoynuna köçür analar.


4 comments:

  1. Alnında zamanın açdığı qırış,
    Başına qar tökür, qar ələyir qış,
    Odun istisindən aralanmamış,
    Suyun soyuğundan keçir analar...

    ReplyDelete
  2. Yazıqdır anasız olmasın uşaq
    Başından min boran, qar gəlib keçər
    Qurumaz çəkilməz gözünün yaşı
    Gecəsi gündüzü zar gəlib keçər.

    Əmi dayı qucagına götürməz
    Qohum qardaş ona nəzər yetirməz
    Ata da əlinde alıb gətirməz
    Cibindən nə qədər var gəlib kecər.

    Sanarsan yanağı solğun xəzəldir
    Nəşəsiz yaşamaq ömür gödəldir
    Hüseyin,hər şeydən Ana gözəldir
    Bəs niye könlündən yar gəlib kecər...

    Hüseyin Arif (Qax rayonu Sarbaş kəndində yazıb)

    ReplyDelete